• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıya açıq gözlə baxaq

İsmayıllıya açıq gözlə baxaq

Yazar Ismayilli
//
17 avgust 2015
//
//
Oxunub 815
//
İsmayıllı rayonu Azərbaycanımızın əsrarəngiz gözəlliklərini özündə birləşdirən dilbər guşələrindən biridir.
Uca Yaradanın bəxş etdiyi bu gözəlliklərə insan zəhməti də əlavə edildikdə daha füsunkar bir mənzərə yaranır. Necə ki, İsmayıllı rayonunda hal-hazırda bu mənzərənin şahidi olmaqdayıq. Belə ki,cənab prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2014-2018-cilillərdə sosial-iqtiasdi inkişafı Dövlət proqramı haqqında” sərəncamını rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həyat və fəaliyyət kredosuna çevirmişdir.
İsmayıllıda böyük miqyaslı əsaslı işlər görülüb və hal-hazırda da davam etməkdədir. Rayon mərkəzi sanki bir cənnətməkandır. Abad yollar, səliqə-sahmanlı park və istirahət mərkəzləri, göz oxşayan yaşıllıqlar görülən işlərin gözlə görülə bilən bir hissəsidir. Rayonda əsaslı yenidənqurma və təmir-bərpa işləri sürətlə davam etdirilir. Bu qəbildən Rayon Mərkəzi Xəstəxanasının, İcra Hakimiyyəti binasının, Mədəniyyət sarayının əsaslı təmiri gözəl misaldır.
Heydər Əliyev fondunun təşəbbüsü ilə inşa edilən Körpələr evi-uşaq bağçası, YAP rayon təşkilatının inzibati binasının tikilməsi, ümumi sahəsi 2 hektar olan Uşaq istirahət və əyləncə parkında yaradılan şərait rayon mərkəzinin gözəlliyinə yeni bir gözəllik qatır. Təbii ki, infrastrukturun yaxşılaşdırılması təkcə göz oxşayan xoş mənzərə yaratmır, həmçinin insanların həyat şəraitini və rifahını da yaxşılaşdırır.
Bildiyimiz kimi, İsmayıllı turizm imkanlarının bol olduğu bölgədir. Bu bölgəyə turist axınını daha da gücləndirməksə, yaradılan xüsusi şəraitdən, abadlıq və firavanlıqdan asılıdır. Məhz bu səbəbdən rayon rəhbərliyi ucqar dağ kəndlərində infrastrukturun əhəmiyyətli dərəcədə yenilənməsinə xüsusi diqqət göstərir. Bu kəndlərə yollar çəkilir, su ilə təminatı bərpa olunur, sosial obyektlər tikilir. Kəndlərdə yaradılan şərait insanların kəndlərə axınına, burada yaşamaq istəyinə səbəb olur. Xüsusən turizm yolu üzərində salınan kiçik sahibkarlıq obyektləri, iş yerləri əhalinin işlə təminatına şərait yaradır. Bütün bunlar olduqca sevindirici haldır.
İcra başçısı Mirdaməd Sadıqov rayon əhalisinin əsas hissəsini təşkil edən gənclərin cəmiyyətdə rolunu yüksək qiymətləndirərək, birbaşa gənclərə yönəlik layihələrə imza atır. Bu layihələr gənclərin səmərəli məşğulluğuna, ictimai işlərdə fəallığına və asudə vaxtlarının dəyərli keçirməsinə xidmət edir.
Başçının sərəncamı ilə yaradılan yeni İdman federasiyası (Rayonlarda bu ilk olaraq İsmayıllıda yaradılmışdır) idmanın müxtəlif növlərinin inkişafında mühüm rol oynayır, gənc nəslin sağlam gələcəyinə xidmət edir.
Görülən təqdirəlayiq işlər rəhbərlik tərəfindən həyata keçirilən təşəbbüslər, sakinlər tərəfindən rəğbətlə qarşılanır, alqışlanır, dəstəklənir.
Qarşıda hələ görüləsi işlər, konkret proqramlar var. Bütün tələbat olan kəndlərə su və kanalizasiya xətlərinin çəkilişi, yolların salınması, sosial obyektlərin tikilməsi, infrastrukturun yenilənməsi...
Bütün bunlar İsmayıllı rayonunun bugünkü açıq həqiqətləridir. Yetər ki, bunları görüb qiymətləndirməyi bacarasan.
Necə ki, cənab prezidentimiz İlham Əliyev bunu bacarıb və söyləyib: “Rayonda inkişaf sürətlə gedir, şəhərin abadlaşdırılması, küçələrin salınması, binaların bərpası, yeni iş yerlərinin yaradılması təqdirəlayiqdir. Əminəm ki, bundan sonra İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır. İnsanlar rahat yaşayacaqlar və öz işi, öz zəhmətləri ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər”.
Zaur Muradov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!