• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Beynəlxalq gənclər günündə konsert

Beynəlxalq gənclər günündə konsert

Yazar Ismayilli
//
17 avgust 2015
//
//
Oxunub 1063
//
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə 12 avqust 2015-ci il tarixdə İsmayıllı Yay filarmoniyasında Beynəlxalq Gənclər Günü münasibəti ilə böyük konsert verilib.
Beynəlxalq gənclər günündə konsert
Beynəlxalq gənclər günündə konsert
Beynəlxalq gənclər günündə konsert
Əksəriyyəti gənclərdən ibarət olan iki min nəfərə qədər tamaşaçı qarşısında Prezident təqaüdçüsü, Əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, muğam müsabiqəsinin qalibi, həmyerlimiz, istedadlı xanəndə Kamilə Nəbiyeva, gənc müğənni Vaqif Şıxalıyev və başqaları çıxış ediblər.
Konsertdə muğam və təsniflər, xalq mahnıları, gənclik ruhlu musiqi əsərləri ifa olunub. Bütün ifalar, oxunan muğam və mahnılar alqışlarla qarşılanıb.
Milli ruhda ifaçılığı ilə seçilən xanəndə və müğənnilərə çoxsaylı gül dəstələri bağışlanıb və rayon İcra Hakimiyyətinin rəhbərliyi onlara təşəkkür edib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!