• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İcma əsaslı turizmin inkişafı

İcma əsaslı turizmin inkişafı

Yazar Ismayilli
//
03 avgust 2015
//
//
Oxunub 916
//
“Qala” şadlıq sarayında Avropa İttifaqının Azərbaycanda “Regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi” Proqramı çərçivəsində “Yerli İdarəetməyə Yardım” ictimai birliyi tərəfindən “İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi” mövzusunda təlim keçirilib.
Təlimdə İsmayıllı Rayon İcra Hakimyyətinin, İsmayıllı Peşə Tədris Mərkəzinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, rayonda fəaliyyət göstərən qeyri-turizm sektorunun nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
Təlimin məqsədi İsmayıllı rayonunun turizm priortetlərini və ehtiyaclarını müzakirə etmək üçün rayon səviyyəsində bütün maraqlı tərəfləri bir araya toplamaq, hədəf bələdiyyələrdə turizmin inkişafı üçün daha yaxşı hüquqi və tənzimləyici mühit əldə etmək, müsbət təcrübələri paylaşmaq olub. İctimai birliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə üzrə mütəxəssisi Xanım Şabanova çıxış edərək layihə çərçivəsində İsmayıllı rayonunda indiyə qədər görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Regional koordinator Əzizağa Atakişiyev də layihə haqqında geniş məlumat verib.
Sonra çay süfrəsi arxasında da turizmin inkişaf istiqamətləri barədə tədbir iştiraçıları tərəfindən də fikir və təkliflər irəli sürülüb. RİH-nin baş məsləhətçisi Nəsimi Teymurov təşkilatı işlərdə ictimai birliyə yardımçı olub.
Tərlan Mursalov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!