• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Polis-vətəndaş münasibətləri möhkəmlənir

Polis-vətəndaş münasibətləri möhkəmlənir

Yazar Ismayilli
//
16 iyul 2015
//
//
Oxunub 1077
//
Şöbənin rəisi, polis polkovniki Nizami Qocayev Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Azərbaycan polisinin keçdiyi 97 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs edib, 1998-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il polis işçilərinin peşə bayramının qeyd edilməsindən, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətlərindən, İsmayıllı rayonunda polisin həmişə ayıq-sayıq olmasından, dövlətçiliyimizin qorunmasında görülən tədbirlərdən danışıb.
Digər çıxış edənlər təbrik nitqlərində Azərbaycan polisinin keçdiyi tarixi yol şərəfli, eyni zamanda bugünkü nəsil üçün örnək olan bir yol olduğunu bildiriblər. Həmçinin, ulu öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışılaraq qeyd edilib ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.
Təntənə ilə qeyd olunan peşə bayramında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun hüquq-mühafizə orqamlarının rəhbərləri, şöbənin şəxsi heyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayonda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolu xüsusi qeyd olunub.
Sonda Prezidentin müvafiq sərəncamı əsasında polis işinə cəlb olunmuş iki idmançıya rütbə poqonları və polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!