• Ana səhifə |
Subscribe by RSS or RUS
» İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Yazar Ismayilli
//
30 iyun 2015
//
---
//
Oxunub 850
//
Çox hörmətli Mirdaməd müəllim!
Siz başçı təyin edildiyiniz ilk gündən rayonda tikinti-abadlıq işlərinin həcmi genişləndirildi. Bu abadlıq işləri təkcə rayon mərkəzində deyil, kəndlərdə də aparıldı. Götürək Hacıhətəmli kəndini. İsmayıllı-Hacıhətəmli yolunun asfaltlaşdırılması bir sıra kəndlərə gedişi xeyli asanlaşdırdı. Kəndimizin su problemini də birdəfəlik həll etdiniz. Yeni qazılan artezian quyusu kənddəki içməli su qıtlığına son qoydu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova
Kəndin digər bir problemi məktəb yolunun bərbad olması idi. Sizin köməyiniz sayəsində bu yol abadlaşdırıldı. Həmin yola qısa müddətdə asfalt döşəndi. Uşaqlar əziyyətdən qurtardılar. Çox sağ olun!
Hörmətli Mirdaməd müəllim, kəndimizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə və ölkə Prezidentinə dərin minnətdarlığımızı bildiririk.
Məhəmməd Seyidov,
İlyas Səlimov,
İlqar Şərifov - cəmi on imza

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!