Çıxışlar minnətdarlığa köklənmişdi » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Çıxışlar minnətdarlığa köklənmişdi

  • 30.06.2015, 16:43,
  • ---
  • 0
25 iyun 2015-ci il tarixdə İsmayıllı rayonunun qədim yaşayış məskənlərindən olan, gözəl təbiətə malik Basqal qəsəbəsinə təbii qaz verilməsinin təntənəli açılış mərasimi olub. Açılış mərasimində“Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət və müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri, qəsəbənin məktəbliləri iştirak ediblər. Mərasimdə qəsəbənin ağsaqqalı, “Tərəqqi” medallı Miryavər Hüseynov, gənc müəllim Nərgiz Rəcəbova, millət vəkili Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçisı Mirdaməd Sadiqov, “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Qamət Məmmədov çıxış ediblər.Çıxışlar minnətdarlığa köklənmişdi
750 abonenti olan qəsəbəyə təbii qazın verilməsi üçün birtərəfli sistem əsasında ümumi uzunluğu 2930 metr olan polietilen, 32286 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilməsi, hər abonentin istifadəsi üçün sayğac və fərdi qaz tənzimləyicisi qurulması barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Çıxışlarda qəsəbəyə təbii qazın verilməsi ilə ətrafdakı meşələrin, təbiətin qorunmasına, əraziyə turist axınına, əhalinin doğma ocağa bağlılığına əhəmiyyətli təsir göstərəcəyi xüsusilə vurğulanıb.
Minnətdarlığa köklənən çıxışların hər birində müstəil dövlətimizin tərəqqisindən, ölkədə, eləcə də bölgələrdə gedən hərtərəfli inkişafdan söz açılıb. Qəsəbənin mavi yanacaqla təminatına görə 750 abonent adından prezident İlham Əliyev başda olmaqla bu işə əmək və qayğı sərf edən hər kəsə dərin minnətdarlıq ifadə olunub.
Ş.Soltanov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter