Qocalıq və cavanlıq » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Qocalıq və cavanlıq

  • 30.06.2015, 15:53,
  • ---
  • 0
Ey oğul, cavan olsan da, qocaağıl ol. Demirəm ki, cavanlıq etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstun demişdir: “Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı deyirlər”.Qocalıq və cavanlıq
Bundan əlavə, süst cavan olma. Diribaşlıqdan bəla törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər cavanlıqdan istifadə et, qocaldıqda çox şeyi etməyi bacarmayacaqsan. Necə ki, bir müdrik demişdir: “Cavanlığımda yaman fikir çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, indi qocalmışam, mən özüm onları istəmirəm”.
Nə qədər cavan olsan da böyük Allahı unutma. Heç vaxt ölümün uzaqda olmasına arxayın olma, çünki ölüm nə qocalığa, nə də cavanlığa baxmır. Şair demişdir:
Yaşla olsa idi ölüm, hər zaman
Qocalar ölərdi, ölməzdi cavan!
Bil ki, doğulan mütləq öləcəkdir. Ey oğul, cavanlığına qürrələnmə, həmişə cavanlarla oturub-durma, hərdənbir qocalarla da həmsöhbət ol. Dost və aşnalarını həm cavanlardan, həm də qocalardan seç. Bu dostluğun sənə faydası çox olar, həyat dərsi öyrənərsən, müdrikləşməyə başlarsan.
Ey cavanlar, həmişə çalışın ki, yaşlılara – istər qadın olsun, istər kiş, qocalara qarşı mərhəmətli olun. Çünki qocalıq elə bir “xəstəlik”dir ki, heç kəs onu yoxlamağa gəlmir. Elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz. Qoca bu dünyadan köçməyincə canını əzab-əziyyətdən qurtara bilməz. Hər xəstəlikdə yaxşılaşmaq, sağalmaq ümidi var, qocalıqdan başqa. O hər gün ağırlaşar və yaxşılaşmaq ümidi olmaz.
Adamın otuz dörd yaşına qədər hər gün həm boyu, həm də gücü artır, otuz dörddən qırx yaşa qədər olduğu kimi qalır, qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha çox zəiflik hiss edər, əllidən altmışa qədər hər ay keçmişə nisbətən sifətində dəyişikliklər başlayır. İnsanın sifəti bəzi hallarda dəyişilər: gözlənilməz halda şadlıq, yaxud bədbəxtlik xəbəri alanda, bərk qəzəblənəndə, sərxoşluqdan, çox yatmaqdan. Ən nəhayət, qocalıqdan, bu isə tamam başqa növ dəyişilmədir.
Ey oğul, öz işini başqalarının işindən üstün tut, tənbəllikdən uzaq dur, zəhmətsevər ol. Çünki əmək nemət yaradır, tənbəllik isə dövlət dağıdır. Müdriklər deyiblər: “Abadlıq istəyirsinizsə, çalışqan olun. Dövlət istəyirsinizsə, qənaətcil olun. Çox dost istəyirsinizsə, təvazökar olun”.
Hər bir kəs əməlində, işində, hərəkətində ağıllı-başlı fikirləşməli, işin son nəticəsini düşünməlidir. Nəticəsi zay olacaq işə başlamamaq daha faydalıdır. Sonrakı peşmançılıq fayda verməz, - deyib atalar.
Ey cavanlar, qocalara, xəstələrə, qadın və uşaqlara ehtiram göstərin. Siz də qocalanda onun səmərəsini –nəvazişini və ehtiramını görəsiniz.
Məhsəti Gəncəvi demişdir:
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da ki, öyünmə uzundur ömür,
Əcəl köhlənində hazırdır yəhər.
Abduləli Əliyev,
veteran
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter