• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllılar fəxr etdilər

İsmayıllılar fəxr etdilər

Yazar Ismayilli
//
18 iyun 2015
//
//
Oxunub 1391
//
I Avropa Oyunlarının açılışı Uşaq Əyləncə Mərkəzində izləndi

Millli olduğu qədər bəşəriliyi, tarixiliyi və müasirliyi özündə əks etdirən, olimpiya oyunları tarixində öz orjinallığı ilə seçilən Birinci Avropa Oyunlarının açılışı (şousu) rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təklifi ilə Uşaq-Əyləncə Mərkəzində rayon ictimaiyyəti nümayəndələri ilə birgə izləndi. Əyləncə Mərkəzinin yay kinoteatrı və bütövlükdə park buna hazırlanmışdı.
İsmayıllılar fəxr etdilərmob nümayiş etdirdi. Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımız Günel Həsənli və Fəridə Qurbanovanın uğurlu idman fəaliyyətlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Aparıcı onların çoxsaylı idman yarışlarındakı uğur və nailiyyətlərini iştirakçılara çatdırdı.
Rayon Gənclər və İdman İdarəsinin könüllüləri Avropa Oyunlarının simvollarını əks etdirən geyimdə tədbirin idarə olunmasında əsl gənclik şövqü ilə iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi rəhbərlikdən aldığı ideyaları müvəfəqqiyyətlə həyata keçirirdi.
İsmayıllılar fəxr etdilərNəhayət, gözlənilən an gəlib çatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev I Avropa Oyunlarını açıq elan etdi. Açılışı izləyənlər haqlı olaraq qürur hissi keçirir, Azərbaycan vətəndaşı olmaları ilə fəxr edirdilər. İsmayıllılar hədsiz sevinclə, əllərindəki Azərbaycan bayraqlarını, ilk Avropa Oyunları simvollarını mümkün qədər yüksəyə qaldıraraq Vətənin bugününü, sabahını alqışladılar.
İsmayıllılar fəxr etdilər, qürur duydular ki, Avropa Oyunlarına hazırlıq və onun açılışı ilə dünyada özünü bir daha təsdiq edən Azərbaycan Respublikasının vətəndaşıdırlar. Həmyerlilərimiz bu gün də Prezident İlham Əliyevin böyük müvəfəqiyyətlə idarə etdiyi Respublikada yaşamalarından xoşbəxtlik duydular.
RİH-nin başçısı Mirdaməd Sadıqovla açılışı sona qədər izləyən, yüksək dərəcədə sevincini izhar edən şəhər sakinləri milli qürur hissi ilə tədbiri sona yetirdilər. Parkda gənclərin əyləncəsi tədbirləri gecə yarısınadək davam etdi.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!