• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Birgə seminar-müşavirə

Birgə seminar-müşavirə

Yazar Ismayilli
//
18 iyun 2015
//
//
Oxunub 2332
//
İsmayıllı rayon İcra Hakimiyyətinin akt zalında 8 iyun 2015-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi ilə İsmayıllı rayon İcra Hakimiyyəti “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Şimal-Qərb Regional Mərkəzinin yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili və mövcud problemlər” mövzusunda birgə seminar-müşavirə keçirib.Birgə seminar-müşavirəSeminar-müşavirəni İsmayıllı RİH-i başçısının birinci müavini Rövşən Ağayev açıb. Onun giriş nitqindən sonra tədbirdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-nin qurumları və yerli icra hakimiyyəti, özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, baş vermiş və ya baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Seminar-müşavirədə FHN-in yerli strukturlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!