• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İstedadlı şagirdlər mükafatlandırıldı

İstedadlı şagirdlər mükafatlandırıldı

Yazar Ismayilli
//
18 iyun 2015
//
//
Oxunub 1011
//
Hər il olduğu kimi, bu ildə də dərs ilinin sonunda İsmayıllı rayonunun təhsil müəssisələrində təhsil alan istedadlı şagirdlərin RTŞ və ATİAHİ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə ümumrayon toplantısı keçirildi. Tədbirdə çıxış edən RİH-nin başçısı Mirdaməd Sadıqov təhsil sahəsində Respublikada gedən islahatlardan, qazanılmış uğurlardan, istedadlı gənclərə dövlət tərəfindən göstərilən qayğılardan, bununla bağlı möhtərəm prezidentin son sərəncamlarından danışaraq rayonun bütün istedadlı gənclərini səmimiyyətlə təbrik etdi və onlara yeni təhsil uğurları arzuladı.İstedadlı  şagirdlər mükafatlandırıldı
İstedadlı  şagirdlər mükafatlandırıldıFənn olimpiadasında Respublika turunda qalib gəlmiş 5 nəfər şagird, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin Respublika turunda I yeri tutmuş şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zeynəb İsayeva RİH tərəfindən mükafatlandırıldı. Bundan əlavə, digər inşa yazı müsabiqələrində, əl işlərinin Respublika baxış müsabiqələrində qalib gəlmiş istedadlı gəncləri, həmçinin “Şahin” hərbi idman oyunları və Gənc xilasedicilərin Respublika final mərhələsində qalib gəlmiş şəhər 6 nömrəli tam orta məktəbinin 20 nəfər şagirdi, 13 yaşlı qızlar arasında Respublika futbol çempionatında qalib olaraq I yeri tutmuş Hacıhətəmli kənd tam orta məktəbinin futbol komandası, həndbol üzrə Respublika Spartakiadasında III yeri tutmuş İvanovka kənd tam orta məktəbinin qızları, Şahmat yarışının Respublika final mərhələsində qalib gəlmiş 2 nəfər şagirdi, onlayn fənn olimpiadaların beynəlxalq müsabiqəsində və elektron layihə müsabiqələrinin Respublika turunda qalib gəlmiş 60 nəfərdən çox şagird tədbirdə mükafatlandırıldı. İstedadlı  şagirdlər mükafatlandırıldı
İstedadlı  şagirdlər mükafatlandırıldıÜmumilikdə 110 nəfərdən çox şagird RTŞ və ATİAHİ RK-si tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. İstedadlı şagirdlərin yaradıcılıq potensialının artırılması və onlara qayğı Rayon Komitəsinin diqqətində olan əsas məsələlərdən biridir.
H.Kərimov,
ATİAHİ İsmayıllı RK-nin sədri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!