• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bitkiçiliyin inkişafına dövlət dəstəyi

Bitkiçiliyin inkişafına dövlət dəstəyi

Yazar Ismayilli
//
18 iyun 2015
//
//
Oxunub 2232
//
“Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, 2015-ci ilin taxıl və ot biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr barədə” 9 iyun 2015-ci il tarixdə Gənclər Mərkəzində rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin təşkilatçılığı ilə geniş müşavirə keçirildi.
Müşavirədə Respublika Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, “Aqrolizinq” ASC-nin Qobustan Regional nümayəndəliyinin direktoru, taxıl istehsalçıları, fermerlər, əlaqədar idarə və təşkilatların rəhbərləri iştirak etdi.
Bitkiçiliyin inkişafına dövlət dəstəyiMüşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyətinin müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açdı. O, qeyd etdi ki, bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 aprel 2015-ci il tarixində sərəncam imzalamışdır. Sərəncama əsasən ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılması və kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımın, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
Rayonumuz böyük kənd təsərrüfatı rayonudur. Burada bitkiçiliklə yanaşı heyvandarlıq sahəsi də inkişaf etdirilir. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsində və heyvandarlıq məhsulları istehsalının artırılmasında təkrar (aralıq) bitkilərin əkilib becərilməsi xüsusi önəm kəsb edir.
Məlum olduğu kimi, rayonumuzun taxıl istehsalçıları 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün 28326 ha. sahədə dənli bitkilər əkib becərmişlər. Fermerlərimiz sahələrdə bol məhsul yetişdirmişlər.
İndi bizim əsas vəzifəmiz yetişdirdiyimiz məhsulu itkisiz, optimal müddətdə toplamaq, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməkdən ibarətdir. Məhsul toplanışı zamanı yanğın təhlükəsizliyinə ciddi əməl etmək tələb olunur.
Sonra “Rayonun kənd təsərrüfatında həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə” RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həsən Həsənov məruzə etmişdir.
Bitkiçiliyin inkişafına dövlət dəstəyiMəruzə ətrafında çıxışlara başlanmış, Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanmasının mütəşəkkil həyata keçirilməsi və yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsi mövzusunda Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Qüdrət Əzimov, bitkiçiliyin inkişaf etdirilməsi məqsədilə təkrar əkinlərə dövlət dəstəyinin gücləndirilməsi mövzusunda Rayon Aqrokimya Laboratoriyasının müdiri Ağarza Zülfüqarov, kənd təsərrüfatı texnikalarının taxıl və ot biçininə hazırlıq vəziyyəti, biçin zamanı texnikalardan səmərəli istifadə olunması mövzusunda “Aqrolizinq” ASC-nin Qobustan Regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynov çıxış etmişlər. Daha sonra Respublika Kənd Təsərrüfatı Nazirliyinin Texniki Siyasət Şöbəsinin texniki siyasət sektorunun müdiri Faiq Bayramov və həmin nazirliyin bitkiçilik şöbəsinin baş məsləhətçisi Mustafa Rüstəmov ətraflı çıxış etmiş, müzakirə edilən məsələ barəsində öz fikirlərini bildirmiş və müvafiq tövsiyələrini vermişlər.
Müşavirə zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Müşavirənin sonunda Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov qarşıdan gələn taxıl yığımı kimi mühüm kompaniyanın layiqincə başa vurulacağına əmin olduğunu bildirmişdir.
Şahin Hüseynov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!