• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Yazar Ismayilli
//
12 iyun 2015
//
//
Oxunub 976
//
Siz İsmayıllının çətin vaxtında Prezidentin sərəncamı ilə İcra Hakimiyyətinə başçı gəldiniz. Bölgəyə qayğı göstərən, ona böyük dəyər verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu sərəncama görə ürəkdən minnətdar olduğumuzu bildiririk.
Siz öz doğma elinizə, obanıza gəldiyiniz zaman burada həm mənəvi, həm də sosial-iqtisadi quruculuğa, insanları qurub-yaratmağa, tam dövlət mövqeyində fəaliyyət göstərməyə səfərbər etməyə ehtiyac vardı. Siz ölkə rəhbərinin sərəncam, tapşırıq və tövsiyələrini tam yerinə yetirməklə bu vəzifələrin öhdəsindən layiqincə gəlirsiniz.
Bu müraciətimizdə bunlarla yanaşı, küçəmizin sakinlərinin təşəkkürünü Sizə çatdırırıq. Böyük pedaqoq İsrayıl Həsənovun adını daşıyan küçəmiz yaranışdan asfalt görməmişdi, suötürücü kanallar yox idi. Ümumiyyətlə, nəinki piyadalar, maşınlar üçün də küçəmiz keçilməz vəziyyətə düşmüşdü.
Çox sağ olun ki, cənab Prezidentin qayğısını, diqqətini bizə də çatdırdınız. İndi küçəmiz abad, yolumuz rahatdır. Azərbaycanın yüksəlişə gedən yolu kimi.
Biz hamılıqla Prezidentimizə minnətdarıq, Sizə təşəkkür edirik.
Həm də istəyimiz odur ki, hər bir məsul işçi rayon İcra Hakimiyyətinin rəhbərliyindən icraçılıq nümunəsi götürsün.
Dərin hörmətlə:
İsmayıllı şəhəri İsrayıl Həsənov küçəsinin sakinləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!