• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şəhərlər qardaşlaşır

Şəhərlər qardaşlaşır

Yazar Ismayilli
//
08 iyun 2015
//
//
Oxunub 786
//
Qardaşlaşmanı rəsmiləşdirmək üçün Fransanın Evian-le-Ba şəhəri merinin birinci müavini Josian Leiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında keçirilən III Qlobal Mədəniyyətlərarası Dialoq Forumunda iştirakdan sonra İsmayıllıda olub.
Nümayındə heyətinin tərkibinə meriyanın nümayəndələri, Fransanın ölkəmizdəki səfirliyinin məsul əməkdaşları və bu ölkədən gəlmiş digər qonaqlar da olub.
Səfər proqramına uyğun olaraq, qonaqlar əvvəlcə İsmayıllı şəhərində erməni faşizmi qurbanlarının xatirəsini əbədiləşdirən “Ana harayı” abidəsini ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti rayonun ən qədim yaşayış məskənlərindən biri olan Lahıc qəsəbəsinə səfər ediblər. Burda qonaqlara qəsəbənin tarixi, mədəniyyəti, incəsənəti və Lahıc sənətkarları barədə məlumat verilib. Jurnalistlərin suallarını cavablandıran nümayəndə heyətinin üzvləri səfər haqqında təəssüratlarını bölüşərək bu il Azərbaycanda baş tutacaq I Avropa Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyətindən, Azərbaycanda yaşayanların yüksək mədəniyyətindən, qonaqpərvərliyindən, İsmayıllı rayonunun ürək açan, bənzərsiz təbiətindən və turizm potensialından danışıblar.
Lahıca səfərdən rayon mərkəzinə qayıdan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə olub. Burda qonaqlar Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara, tarixi sənədlərə baxıblar.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun qəbulunda olan nümayəndə heyətinə İsmayıllı rayonunun ərazisi, əhalisi, iqtisadiyyatı və turizm potensialı barədə geniş məlumat verilib. Tərəflər biri-birinə xatirə hədiyyələri təqdim ediblər.
Millət vəkilləri Novruzəli Aslanov və Ərəstun Cavadov da İsmayıllı ilə Evian-le-Ba şəhərləri arasında Dostluq və Əməkdaşlıq Xartiyasının imzalanması mərasimində iştirak ediblər.
Sonda şəhərin Nizami Gəncəvi küçəsində Fransa-Azərbaycan Dostluq Parkının açılışı olub və burada ağaclar əkilib.
Səadət Rəhimova
Şəhərlər qardaşlaşır

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!