• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllıda məşəl bayramı təntənəsi

İsmayıllıda məşəl bayramı təntənəsi

Yazar Ismayilli
//
08 iyun 2015
//
//
Oxunub 986
//
Mis qabları, xalça və ipək kəlağayıları ilə məşhur olan İsmayıl daha bir möhtəşəm tarixə şahidlik etdi. İlk Avropa Oyunlarının rəmzi olan məşəl Azərbaycanın mirvarisi, qədim Cavanşir yurdu İsmayıllıya gətirildi.
Rəmzi qapının girişində məşəli universal döyüş növləri üzrə dünya çempionu Bayram Qəhrəmanov qəbul etdi. Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət etdilər. Məşəlçilərin əksəriyyətini gənclər təşkil edirdi. Bu heç də təsadüfü deyil.
Beləki, İsmayıllı rayonu bu il ölkəmizin Gənclər paytaxtı seçilib. Elə məşəlçilərə dəstək olmaq üçün küçələrə çıxan rayon sakinləri arasında da gənclər fəallığı ilə seçilirdi. Həmyerlilərinin alqış sədaları altında yürüş iştirakçıları məşəli Mərkəzi meydana gətirdilər. Böyük izdihamın yaşandığı meydanda səyahət kasasını alovlandırmaq isə pauerliftinq üzrə 5 qat dünya çempionu Kamil Qafarova həvalə edildi.
İdman müəllimi Rəvan Qarayev ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
İlk Avropa Oyunları məşəlinin qarşılanması mərasimindən dərhal sonda tədbir iştirakçıları İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının təşkil etdiyi geniş bayram konsertinin xoş ovqatını yaşadılar.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!