Zərərli vərdişlərdən uzaq olaq » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Zərərli vərdişlərdən uzaq olaq

Tütün məmulatlarından istifadə etməklə ətrafımızdakılardan çox özümüzə ziyan vururuq. Siqaretlə yanaşı alkoqollu içkilər də insan orqanizminə ziyan verir. Öyrənmişəm ki, istənilən növdə alkoqollu içkidə orqanizm üçün zərərli olan, sərxoşluq yaradan etil spirti adlı kimyəvi maddə var.
İçki haqqında Məhəmməd peyğəmbərin dəyərli tövsiyələri vardır:
- İçkidən çəkinin, çünki içki hər cür pisliklərin anasıdır. Sərxoşedici maddələrdən istifadə etməyi ümmətimə qadağan edirəm.
Alkoqol orqanizmdəki bütün həyatı mərkəzlərə təsir göstərir. Uşaqların istər zehni, istərsə də fiziki cəhətdən sağlam doğulmasında və inkişaf etməsində yalnız ata rol oynamır. Əgər ana spirtli içkilərdən istifadə edirsə, o zaman körpənin sinir sistemi tamamilə pozulur. Bu da ona gətirib çıxarır ki, valideynlər zərərli vərdişlərə uymaqla uşaqlarının gələcəyini məhv edirlər.
Bu səbəbdən məktəbli olsaq da valideynlərə səslənirik:
- Zərərli vərdişlərdən uzaq olun! Sağlamlıq üçün zərərli vərdişlərin aludəsi olmağa davam edərsinizsə , həyatınızla bərabər uşaqlarınızın da həyatını məhv etmiş olarsınız. Ayıq və düşüncəli yaşayın ki, həyatdan, yaşamaqdan aldığınız zövq bizim üçün nümunə olsun.
Bu gün cəmiyyətin ən qlobal bəlası olan “ağ ölüm” – narkomaniya baş alıb gedir.
Narkotik maddə istifadə edənin mərkəzi sinir sistemi qısa müddətdə zədələnir. Belələri sərrast düşüncəyə sahibliyi itirir, hərəkətlərinə hakim ola bilmir. Narkotik aludəsi olan valideynlərin cəmiyyət üçün “göz dağı” olan övladları dünyaya gəlir. Acınacaqlıdır ki, bu gün məktəblilər arasında da bu bəlaya düçar olanlar var. Biz bu bəlaya qarşı çıxmaqda həmrəy olmalı, maarifləndirmə işini yüksək səviyyədə qurmalıyıq.
Zərərli vərdişlər yalnız alkoqollu içkilər, narkomaniya, siqaret deyildir. Yalan danışmaq, oğurluq etmək, başqalarının qəlbini qıran hərəkətlər etmək də zərərli vərdişlərdir. Bu vərdişlərlə də gələcəyimizi məhv edirik. Bəyənilməyən, xoşagəlməz hərəkətlərin təkrarlanması nəticədə, zərərli vərdişə çevrilir.
Valideynlərdən icazəsiz ailəyə məxsus avtomobil və sair əşyaların istifadəsi də uşaqlarda oğurluğa meyli artır. Bu kimi hallarda çox vaxt üzücü, bədbəxt hadisələr baş verir. Yaxşı olar ki, böyüklərin, tərbiyəmizlə məşğul olanların məsləhətini eşidək, həmçinin bizi düzlüyə, halallığa çağıran qanunlara əməl edək.
Pərvin İslamova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter