Nigarançılıqla döyünən ürək » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Nigarançılıqla döyünən ürək

Məhz Vahid Rəcəboğlu yaradıcılığını formalaşdıran Göyçə mühiti olmuşdur. Vahid müəllim bu mühitdə boya- başa çatsa da, hazırda Qalagah kənd məktəbində müəllim işləyir.
Göyçə Azərbaycan aşıq sənətinin beşiyi olmaqla yanaşı, əsrlərlə bu yükü çiynində daşımışdır. Zəngin təbiəti, saf bulaqları olan bu məkan Vahid müəllimi riqqətə gətirə, qəlbinin sarı siminə toxunmaya bilməzdi.
Vahid müəllimin yaradıcılığına nəzər salanda şeirlərində nigarançılıq, niskillik, ayrılıq motivləri diqqəti cəlb edir.
Yaradan yaradıb bəxti kəm məni,
Dodağı gülməyən, gözü nəm məni.
Qoynunda bəsləyib kədər, qəm məni,
Vahidi dərdlərə dözümdən tanı.
Şairin yaradıcılığında ayrılıq motivləri qırmızı bir xətt ilə keçir. Doğma torpağından ayrı düşən şair bu ayrılığa dözə bilmir.
Nə qədər olsaq da dözümlü, mətin,
Vətənsiz yaşamaq çətindən çətin.
Ay Vahid, elinə et nəsihətin,
Qəbirin Göyçədə qazılmalıdır.
Biz bu şeirdə Vahid müəllimin torpağına, elinə, obasına nə qədər bağlı olduğunu duyuruq.
Vahid Rəcəboğlunun yaradıcılığında öncə Aşıq Ələsgər poeziyasının təsirini görürük. Əlbəttə, digər aşıq və şairlərin poetik izlərini də hiss edirik. Bunlar zahiri xarakter də daşıya bilər. Uşaqlıqdan yaşadığı, gördüyü o mənzərələr şairi heç cür tərk etmir. Onun “Mənə göndər” şerində biz bu gözəlliyi yaxşı görürük.
Bir az özəkləmiş ağ südlü tikan,
Bir də ki, baldırğan, olarsa imkan.
Bir az təzə yarpız, bir az gicitkan,
Duz ilə ovxala, əz mənə göndər.
Qeyd etdiyimiz kimi, şairin yaradıcılığının ana motivi ayrılıqdır. Bunun əyani sübutunu “Nə sən günahkarsan, nə mən günahkar” şeirində görürük.
Kaş ki, güzarıma çıxaydın əzəl,
Quraydıq bir həyat gözəldən gözəl.
Vahid sənin deyil, gəl ondan üz əl,
Nə sən günahkarsan, nə mən günahkar.
Sanki şairin yaradıcılığında bütün motivlər birləşir. İstər Vətən motivi, istər sevgi motivi. Hər ikisi vəhdət təşkil edir, birləşir və ortaya bir həsrətli şair həyatı çıxır. Ümumiyyətlə, şairin yaradıcılığında Vətən mövzulu şeirlər üstünlük təşkil edir. Bu həsrət, nigarançılıq torpaqlar geri alınandan sonra bitəcək.
Şairin şeirlərinin dili saf, təmiz bulaq suyu kimi durudur və həyatı bizə göstərir. Şairin yaradıcılığı qoşma, gəraylı, təcnis, divani, müxəmməs və sairdən ibarətdir. Klassik aşıq yaradıcılığında olduğu kimi, şair hər qoşmanın sonunda öz adını söyləyir və möhürbənd yaradır. Şairin elə qoşmaları var ki, gözəlin real etnoqrafik cizgilərinə qədər verilmişdir. Biz bu əlamətləri klassik poeziyada da görürük. Şairin bir neçə təmsili də var. Şair yaradıcılığında əlvan poetik ifadələr, yüksək məcazlardan çox istifadə etməmişdir. Bu isə şairin öz realist düşüncə tərzilə fikirlərini daha sərbəst ifadə etmək ustalığını göstərir. Adi sözlə böyük mətləblər aramaq, fikir ifadə etmək hər şairə qismət olmur. Bu xoşbəxtliyə ancaq tam ürəklə yazan şair yetişə bilər.
Ziyəddin Qasımov,
Qalagah kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter