• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uşaqların çətin davranışının yaranma səbəbləri

Uşaqların çətin davranışının yaranma səbəbləri

Yazar Ismayilli
//
16 may 2015
//
//
Oxunub 1208
//
Uşağın dünyaya gəlməsi nəslin xoşbəxtliyidir. Normal adama heç nə uşaq qədər sevinc gətirə bilməz. Uşağın dünyaya gəlməsi ailə anlayışını təsdiq edir, bütövləşdirir. Körpə ailə həyatının idarə olunmasına yeni istiqamət verir, ata və ananın işini və məsuliyyətini artırır. Bu məsuliyyəti hiss etməyən övladının tərbiyəsi ilə ilk günlərdən məşğul olmağı bacarmayan valideyn uşağın körpəlik illərində buraxdığı səhvləri sonralar həyatı boyu düzəldə bilmir.Uşaqların çətin davranışının yaranma səbəbləriUşağın böyüməsi, şəxsiyyət kimi formalaşması ailə, məktəb və onu əhatə edən sosial mühitdən asılıdır. Uşağın hansı ailədə anadan olması, onun gələcəkdə həyata qarşı münasibətlər sisteminə, başqa insanlarla ünsiyyətinə, həyatda tutacağı rola, eyni zamanda onun emosional, sosial və fiziki inkişafına bütün həyatı boyu təsir göstərir.
Həyat təcrübəsi göstərir ki, əsasən çətin uşaqları tərbiyədə buraxılan səhvlər yaradır. Çətin uşaqlar dedikdə onları əsasən şərti olaraq iki kateqoriyaya bölmək olar. Xəstə və sağlam uşaqlar: xəstə uşaqlarda anadangəlmə çatışmazlıqlar olur. Sağlam uşaqları isə çətin edən müxtəlif faktorlardır.
Birinci faktor genetik faktordur. Gen-yunan sözü olub yaradan, doğuran mənasını verir. Valideynlərdə müsbət və ya mənfi nə varsa, genlər vasitəsilə övladına keçir.
İkinci faktor mühitdir. İnsana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir. Körpə uşaqlar yüksək mədəni şəraitə düşüb lazımi tərbiyə aldıqda onlarda yüksək qabiliyyətlər inkişaf edir. Üçüncü faktor ailə və şəxsiyyətin inkişafında tərbiyədir.
Şəxsiyyətin inkişafında ailənin və tərbiyənin rolu böyükdür. İnsan şəxsiyyət kimi doğulmur, inkişaf prosesində şəxsiyyətə çevrilir. İnsan şəxsiyyət kimi sosial sistemdə məqsədyönlü və düşünülmüş tərbiyə yolu ilə formalaşır. Tərbiyə verənin buraxdığı kiçik səhvi mina axtaranın səhvinə bənzədirlər. O, həyatda bir dəfə səhv edir ki, bu da onun ölümünə səbəb olur.
Uşağın şəxsiyyət kimi formalaşmasında ailənin rolu böyükdür. Ailə uşaqlara nəinki ailənin üzvü olmağa kömək edir, o eyni zamanda uşağı əhatə edən cəmiyyət, onun mədəniyyəti ilə tanış olmağına istiqamətləndirir. Uşaqlar balaca yaşlarından mənəvi dəyərləri, dini ənənələri və etnik stereotipləri qəbul edir, onlara riayət etməyə çalışır.
Uşaqlar üzərində valideynin şəxsi nümunəsinin təsir qüvvəsi, uşaqların ata-analarına olan hörməti və valideynin nüfuzu ilə əlaqədardır. Beləliklə, şəxsi nümunənin yaxşılığı və cəlbediciliyi təqlid üçün mühüm şərtdir. Uşaqlar əxlaqi norma və qaydaları hər şeydən əvvəl yaşlıları, birinci növbədə isə valideyn, müəllim və yoldaşlarını təqlid etmək yolu ilə qavrayırlar. Uşaqların yaşı artdıqca təqlidçilik xüsusiyyəti də dəyişir. Yeniyetməlik dövründə daha çox valideynləri təqlid get-gedə artır. Təqlid etmək halları o vaxt artır ki, valideynin şəxsi nümunəsi yeniyetmənin həyat təcrübəsinə, meyl və arzularına həmahəng və uyğun olur.
Uşaqların təqlidçilik xüsusiyyəti valideynlərin tərbiyə sahəsində məsuliyyətini artırır, övladlarına təqlid etmək üçün ancaq yaxşı nümunələr göstərmələrini tələb edir. Ona görə də valideynlər ətrafında özlərinin bütün hərəkətlərini təqlid edən uşaqların olduğunu yadda saxlamalı, heç bir pis rəftar və danışığa yol verməməlidirlər.
Valideynin ən mühüm vəzifələrindən biri uşaqda böyüklərə hörmət hissi tərbiyə etməkdir. Valideyn uşaqda elmə, təhsilə, kitab və qəzet oxumağa həvəs tərbiyə etməlidir. Təcrübə göstərir ki, ən yaxşı valideynlər həm də yaxşı ictimaiyyətçi olurlar.
Uşaqların görüş dairəsi, rəftarı, bu və ya digər məsələyə münasibəti, davranışı qismən ailə tərbiyəsinin təsiri altında təşəkkül tapır.
Mədəni dəyərlərin aşılanması heç də sadə proses deyildir. Burada çətinliklər bir tərəfdən ailənin özünün təşkilinin mürəkkəbliyi, digər tərəfdən yaşadığımız cəmiyyətin quruculuğunun çətinlikləri ilə bağlıdır. Sosial struktur nə qədər mürəkkəb olursa, ailə bir o qədər xarici təzyiqlərə məruz qalır. Ondan başqa dəyərlər daimi deyilsə, onların arasında fərqlər itibsə onların nəsildən-nəslə ötürülməsi də bir o qədər çətinləşir. Bəlkə də bizim bu gün rastlaşdığımız əsas çətinliklər elə bununla izah olunur.
Son zamanlarda mətbuatın, incəsənətin, insanlara, onların əxlaqına təsiredici, konfliktli halların yaranmasına təkanverici qüvvəyə çevrilməsini də qeyd etmək zəruridir.
Mehriban Zülfüqarova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin psixoloqu

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!