• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İdarəetmədə iştirak etmək

İdarəetmədə iştirak etmək

Yazar Ismayilli
//
16 may 2015
//
//
Oxunub 880
//
Mayın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş DAYAQ Mentorluq layihəsinin seminarı keçirilmişdir. Tədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova, aparatın işçiləri, bələdiyyə üzvləri olan qadınlar iştirak etmişlər. S. Əhmədova toplantını açaraq qonaqları salamlamış, mövzunun aktuallığı barədə danışmışdır. Tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihə üzrə məsul əməkdaşı Fidan Qasımova və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyin sədri Lyudmila Xəlilova iştirak etmişlər. İdarəetmədə iştirak etmək
Qeyd edilmişdir ki, DAYAQ Mentorluq layihəsi 2012-ci ildən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir.
Bunun üçün mentorluq layihəsi sizin üçün ən yaxşı layihə ola bilər.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!