• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Töhfələrini verəcəklər

Töhfələrini verəcəklər

Yazar Ismayilli
//
16 may 2015
//
//
Oxunub 849
//
YAP İsmayıllı rayon təşkilatının Qadınlar Şurası fəal qadınların iştirakı ilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, Azərbaycan Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Təqdirəlayiq haldır ki, Azərbaycanda qadınlara olan dövlət qayğısı davamlıdır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ümummilli lider Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğı onun layiqli siyasi varisi prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Təsadüfi deyil ki, son on ildə qadınların, xüsusən gənc qadınların dövlət orqanlarında, bələdiyyələrdə irəli çəkilməsi sahəsində uğurlu işlər həyata keçirilməkdədir.
Töhfələrini verəcəklərTədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, fəallardan Şəmsiyyə Əhmədova, Lətifə Əliyeva, Anastasiya Jabina, Şirinbəyim Atayeva, Nigar Bəbirli çıxış edərək son on il ərzində baş vermiş sosial proseslər, sosial-iqtisadi sferadakı islahatlar, mədəni-mənəvi intibah Azərbaycan qadınının psixoloji portretinin köklü surətdə dəyişməsindən danışıblar.
Çıxışlarda Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında Heydər Əliyev Fondunun vitse-prezidenti, Qarabağ həqiqətlərini yorulmadan dünya ictimaiyyətinə təşviq edən gənc Leyla Əliyevanın işgüzar keyfiyyətlərində daha qabarıq şəkildə özünü büruzə verməsi qeyd olunub. Onlar bildiriblər ki, Azərbaycan qadınları ölkənin aparıcı qüvvəsi olaraq ictimai-siyasi həyatda yaxından iştirak etməklə gündən-günə daha da fəallaşacaq, ölkəmizin sürətli sosial inkişafına, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin yüksəlməsinə öz misilsiz töhfələrini verəcəklər.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!