• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əlifba bayramı

Əlifba bayramı

Yazar Ismayilli
//
16 may 2015
//
//
Oxunub 2880
//
Aprelin 24-də (Çanaqqala zəfərinin 100 illiyi günündə) Talış kənd ümumi orta məktəbində əsl bayram əhval-ruhiyyəsi duyulmaqda idi. Həmin gün “Əlifba” bayramına hazırlaşan birincilər hamıya sevinc bəxş etdilər.
Müəllim Hicran İbrahimovanın rəhbərliyi ilə şagirdlər bu əziz günə yüksək səviyyədə hazırlaşmışdılar. Bu tədbir birincilərin yaddaşında ən əziz gün kimi qalacaqdır. Həmin gün məktəb divarları arasında həyatda ilk kövrək addımlarını atmağı öyrənən körpələrin və onların müəllimlərinin bir növ hesabatıdır bu bayram.
Əlifba bayramıGözəl yaz səhərində keçirilən bu bayramda övladlarının ilk uğurları ilə sevinməyə və onu bölüşməyə valideynlər də gəlmişdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıldı.
Bayram toplantısını məktəbin direktoru Seymur Abbasov açdı. O birinciləri, müəllim və valideynləri bu bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Birincilərin sinif rəhbəri Hicran İbrahimova şənlik iştirakçılarını, valideynləri bayram münasibətilə təbrik etdi.
Söz tədbirin səbəbkarları olan sözlü, nəğməli birincilərə verildi. Birincilərdən İbrahim İbrahimlinin, Fatimə Bağırovanın, Məleykə Quliyevanın, Nazlı Soltanlının və Fərid Rəhimlinın söylədikləri şeirlər, bayatılar, yanıltmaclar, atalar sözləri, ifa etdikləri mahnı və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Şagirdlərin hazırladıqları səhnəciklər də yüksək qiymətləndirildi.
Bu bayramda hamının sevinc payı vardır. Lakin ömrünün 35 ilini körpə balaların yolunda şam kimi, əridən Hicran müəllimin sevinc payı daha çox idi. Çünki neçənci dəfə idi ki, öyrətdiyi balaların “Əlifba” bayramını qeyd edirdi. Təmiz qəlbə malik olan sinif müəlliminin özü də şagirdlərdən az həyəcan keçirmirdi. Birincilərin ifasında səslənən hər mahnı, rəqs müəllimi fərəhləndirirdi.
Bayram şənliyində iştirak edən valideynlərdən - Məleykə Quliyeva və Zəhra Bağırova nənələr çıxış edərək Hicran müəllimə işlərində uğurlar və can sağlığı arzuladılar. Yuxarı sinif şagirdləri də maraqlı proqramları ilə balacalara sevinc və gülüş bəxş etdilər.
Aişə Quliyeva,
Talış kənd ümumi orta məktəbinin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!