• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ondan razılıq edirlər

Ondan razılıq edirlər

Yazar Ismayilli
//
16 may 2015
//
//
Oxunub 886
//
Müəllim böyük simadır, bu adı yüksək tutanlar, müəllimlik ləyaqətini qoruyanlar əsl təhsil fədailəridir. Əsl müəllim fəaliyyətinin ilk günündən öz işgüzarlığı və peşəsinin vurğunu olması ilə fərqlənir. Belələrindən biri gənc müəllim Südabə Süleymanovadır. Qalacıq kənd tam orta məktəbində ibtidai sinif müəllimidir. Ondan razılıq edirlər
Gənc müəllim ilk dərsdən özünü şagirdlərinə həsr etmişdir. Dərs dediyi sinfin bədii tərtibatını öz əlləri ilə verib və divardan asıb. Tədris zamanı lazım olan əyani vasitələri də əlləri ilə hazırlayıb. Bütün bunlar dərslərin keyfiyyətinə müsbət təsir göstərir.
Südabə Süleymanova 1992-ci ildə İsmayıllıda anadan olub. O, Eldar Məmmədov adına şəhər 3 nömrəli tam orta məktəbini 2009-cu ildə bitirib. Elə həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin metodikası və pedaqogikası fakültəsinə daxil olmuşdur. 2013-cü ildə Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçərək Qalacıq kəndinə təyinat almışdır. Artıq iki ildir ki, bu kollektivdə çalışır. Kollektiv gənc müəllimin işindən razıdır. Ona uğurlar arzulayırıq.
Əjdər Şirinov,
Qalacıq kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!