• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Talış kəndində səyyar görüş-qəbul

Talış kəndində səyyar görüş-qəbul

Yazar Ismayilli
//
01 may 2015
//
//
Oxunub 1268
//
Kənd sakinlərini salamlayan M.Sadıqov çıxış edərək, prezident İlham Əliyevin ölkədə hər bir regiona, xüsusilə də İsmayıllıya göstərdiyi diqqət və qayğıdan, rayonda uğurla həyata keçirilən yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Başçı kənd sakinlərinin müraciətlərini dinləyib.
Çıxış edənlər rayonda, ölkədə görülən işlərə, həyata keçirilən layihələrə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səslənən müraciətlərdə kənddə tibb məntəqəsinin və kitabxananın açılmasının vacibliyi xüsusi qeyd olunub. Sakinlər həmçinin qazılmış artezian quyusundan fərdi evlərə su çəkilməsini, kəndin girəcəyində körpünün təmirini və kəndarası yollara çınqıl döşənməsini xahiş ediblər.
Müraciətləri diqqətlə dinləyən başçı onların həlli barədə rayonun aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!