• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ağsaqqal təbriki

Ağsaqqal təbriki

Yazar Ismayilli
//
01 may 2015
//
//
Oxunub 776
//
Sevindim ki, bu illər ərzində Gənclər və İdman İdarəsi çox uğurlu yol keçib, dövlətə, dövlətçiliyə ləyaqətlə xidmət edib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yüksəliş yolunda gənclər inamla irəliləyib, onun siyasətinə sədaqət göstərib. Əminliklə deyə bilərəm ki, bu gün də bu belədir, sabah da belə olacaq. Sizə olan dövlət qayğısı, rayon icra hakimiyyəti başçısının diqqəti daha yaxşı, daha səmərəli işləməyinizə şərait yaradır.
Yaxşıdır ki, böyüklərin, ağsaqqalların məsləhətlərinə ehtiyac duyur, onları eşidirsiniz. Bu, sizi həmişə uğurlara aparacaq. Gənclər və İdman İdarəsinin hörmətli əməkdaşları, əziz davamçılarımız, mən idarənizin yaranmasının 20 illiyi münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, uğurlar, əsl vətəndaş olmaq yolunda dəyanət arzulayıram.
Hörmətlə: İnqilab Həsənov,
rayon Ağsaqqallar Şurasının sədri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!