• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nümayəndə günü

Nümayəndə günü

Yazar Ismayilli
//
16 aprel 2015
//
//
Oxunub 1205
//
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışıb.
RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsi”, “Novruz bayramına həsr edilmiş tədbirlərin yekun nəticələri”, “İƏD-lər üzrə nümayəndəliklərdə 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqlarında səsləndirilmiş problemlərin həlli ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr” kimi məsələlər iclasın gündəliyinə daxil edilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!