• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Soyqırım abidəsi önündə tədbir keçirildi

Soyqırım abidəsi önündə tədbir keçirildi

Yazar Ismayilli
//
16 aprel 2015
//
//
Oxunub 1138
//
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Soyqırım zamanı tökülən qanların yerdə qalmayacağından, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, beynəlxalq aləmin Qarabağ hadisələrinə biganə yanaşmağına baxmayaraq qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışdı. O diqqətə çatdırdı ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Çıxış edənlər dünya ölkələrinin biganə qaldıqları qətliamın türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu qeyd etdilər. Azərbaycanlılara qoca, cavan, uşaqlara aman verməyən ermənilərin vandallığı bu gün də davam etməkdədir.
31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar qırğınlar törədilmiş Tircan, Hacıhətəmli kəndlərində, Basqal qəsəbəsində uyğun tədbirlər keçirilmişdir.
“İsmayıllı xəbərləri”
Soyqırım abidəsi önündə tədbir keçirildi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!