• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ağacəkmə aksiyası davam edir

Ağacəkmə aksiyası davam edir

Yazar Ismayilli
//
16 aprel 2015
//
//
Oxunub 1379
//
9 aprel 2015-ci il tarixdə növbəti ağacəkmə aksiyası keçirildi. Aksiyada rayonun idarə və təşkilatları, Diyallı və Təzəkənd məktəblərinin kollektivləri iştirak etdilər.
Ağac əkilən ərazi (İsmayıllı-Muğanlı magistral yolunun kənarı) əvvəlcə daşlardan təmizlənərək əkinə yararlı vəziyyətə gətirildi, sonra isə ağaclar əkildi. Ərazinin daşlardan təmizlənməsində Diyallı və Təzəkənd məktəbinin kollektivləri, ağacların əkilməsində isə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri xüsusilə fərqlənmişlər. Ümumiyyətlə, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən cari ildə 20 hektar ərazidə meşəsalma tədbirləri aparılmış, həmin əraziyə palıd toxumları səpilmiş və 20 min ədəddən artıq meşə ağacları əkilmişdir.
Gün ərzində müəssisənin kollektivi tərəfindən 380 ədəd akasiya, ağcaqayın, çinar və göyrüş cinsindən olan tinglər əkildi. Əkilmiş ağacların suvarılması təmin olundu, eləcə də mühafizə olunması məqsədilə müvafiq tədbirlər həyata keçirildi.
Aksiyanın keçirilməsində məqsəd İsmayıllı-Muğanlı avtomobil magistralının ətrafının daşlardan və digər tullantılardan təmizlənməsi, yeni yaşıllıq zolaqlarının salınması, əkilmiş ağaclara qulluq edilməsi və mühafizə olunmasının təşkili eləcə də insanlar arasında ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi və təbiətə qayğı hissinin təbliğidir.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!