• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Cəmiyyətdə nüfuza sahib olan partiya

Cəmiyyətdə nüfuza sahib olan partiya

Yazar Ismayilli
//
16 aprel 2015
//
//
Oxunub 926
//
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi, azərbaycançılıq və vətənçilik məfkurəsinin fəal təbliğatçısı kimi, xalqımız və dövlətimiz qarşısında qoyulan mühüm vəzifələrin həyata keçirilməsində layiqli töhfələr verib və bundan sonra da bu kurs davam etdiriləcək.
Həyat çoxdan sübuta yetirib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.
Tədbirdə çıxış edən İdarə Heyətinin üzvü Məhərrəm Əhmədov, İsmayıl Tarverdiyev, Ədalət Göyüşov, Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Gənclər Birliyinin sədri Əsli Süleymanzadə və başqaları qeyd etdilər ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır.
R.Qasımov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!