Meşə sərvətimiz, həyat mənbəyimizdir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Meşə sərvətimiz, həyat mənbəyimizdir

Məktəblilər fikir və təkliflərini bildirərək meşələrin mühafizəsinin vacibliyindən söz açmışlar. Qeyd olunmuşdur ki, meşə sudur, dolanacaqdır, sığınacaqdır, xilaskarımız və sağlamlığımızdır.
Yer kürəsini meşələrsiz, dünyanın yaşıl kəməri olmadan təsəvvür etsək, ekoloji böhran dərinləşər, xəstəliklər artar, təbii fəlakətlər, dağıntılar baş verər.
Qeyd edilmişdir ki, adi kağıza qənaət etməklə minlərcə ağac xilas edilə bilərik.
Yer kürəsində bütün zibillərin dörddən bir hissəsi kağız tullantılarından ibarətdir.
Əgər bütün insanlar elektron yolla məktublaşsaydı bir ildə 150 min ağacı xilas etmiş olardılar. Bir ton kağızın təkrar emalı isə 17 ağacı xilas edə bilər.
Dəyirmi masada məktəbin direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Etibar Abdulov, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev çıxış edərək meşələrin mühafizəsi, bərpası ilə yanaşı, yeni ağacların əkilməsini və qorunmasını tövsiyə etmişlər.
Sonda İsmayıllı rayon ETTM-in “Meşələri qoruyaq “ mövzusunda hazırladığı bukletlər paylanmışdır.
İlhamə Hüseynova,
mərkəzin dərnək rəhbəri
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter