• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı məktəbliləri Naxçıvanda

İsmayıllı məktəbliləri Naxçıvanda

Yazar Ismayilli
//
01 aprel 2015
//
//
Oxunub 1363
//
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. 1999-cu il mayın 10-da fəaliyyətə başlayan Muzeyin ötən 16 ildə 240 mindən çox ziyarətçisi olub.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yerləşən açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin marağına səbəb olub. İsmayıllı məktəblilərindən bir qrupunun Naxçıvana növbəti səfəri mart ayının 21-də baş tutub.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!