• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İdmançılar bayramlarını qeyd etdilər

İdmançılar bayramlarını qeyd etdilər

Yazar Ismayilli
//
01 aprel 2015
//
//
Oxunub 865
//
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açmış, RİH başçısının müavini Həsən Həsənov idmanın inkişafı sahəsində son illər qazanılan uğurlardan, bu istiqamətdə qarşıda duran mühüm vəzifələrdən danışmış, idmançıları bayramları münasibətilə təbrik etmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov çıxışı zamanı gəncləri və idmançıları İsmayıllının “Gənclər paytaxtı” seçilməsi münasibətilə təbrik etmiş, Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətova Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Kamil Qafarova Azərbaycan Respublikasının İdman Ustası fəxri adlarının vəsiqəsini təqdim etmişdir.
Müxtəlif idman növləri üzrə mütəşəkkil yarışlar keçirən, Olimpiya-İdman Kompleksləri sırasında birinci yer tutduğu üçün İsmayıllı Olimpiya-İdman Kompleksinin kollektivinə bu uğura görə Diplom təqdim olunmuşdur.
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən tennis, atletika, voleybol, şahmat üzrə yarışlarda qalib gələn idmançılara rayon Gİİ-nin diplomları və qiymətli hədiyyələri verilmişdir.
Tədbirdə ağır atletika üzrə Beynəlxalq dərəcəli hakim Asif Məlikov da iştirak etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!