• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi

Yazar Ismayilli
//
01 aprel 2015
//
//
Oxunub 961
//
Belə konfranslardan biri də 18 mart 2015-ci il tarixində İsmayıllı şəhərində baş tutub. Tədbirdə AzKİL-in Şimal zonasının 39 icmasından təqribən 130 nəfərə yaxın nümayəndə iştirak edib. Konfransın mәqsәdi icma qrupu uzvlәrinin әldә olunmuş bilik vә bacarıqlarının artırılmasına, daha da tәkmillәşdirilmәsinә, digәr icmalarla tәcrübә mubadilәsinin aparılması yolunda yeni vәrdişlәrә yiyәlәnmәsinә nail olmaqdır. İcma yönümlü inkişafa nail olmaq üçün icmaların fәal vә kompleks iştirakına ehtiyac var vә konfrans bu mәsəlәlәrin hәllinә istiqamәtlәnib.
Konfransda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Sosial və İqtisadi məsələlər üzrə müavini Mahmud Süleymanov, AzKİL-in direktor müavini Gülbəniz Qənbərova, AzKİL-in Şimal zonası üzrə proqram mütəxəssisi Akif Kərimli, AzKİL-in Şimal zonası üzrə əməkdaşları iştirak ediblər.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov giriş sözü ilə konfransı açaraq iştirakçıları salamlayıb, konfransın gedişinə uğurlar diləyib. O, AzKİL-in gördüyü işlәrin
keyfiyyәti, insanların bilik vә bacarıqlarının artırılması istiqamәtindә apardığı fәaliyyәti yüksək qiymətləndirib.
AzKİL-in direktor müavini tədbirin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, bütün icmalarda icmanın inkişafına nail olaraq onların problemlәrinin hәllindә birbaşa ozlәrinin maraqlı tәrәf kimi çıxış etmәlәrini tәmin etmək AzKİL-in əsas istəklərindəndir.
Sonra konfrans iştirakçıları qruplara bölünərək “Strateji Planlaşdırma”, “Şəbəkələşmə və Əlaqələrin Qurulması mövzularında qrup işlərinə keçid alıblar. Ardından keçirilәn qrup işlәrinin tәqdimatları da maraqlı keçib. İştitakçılar tәqdim olunan mәsәlә әtrafında muzakirәlәr aparıb.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!