• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xanımları təbrik etdik

Xanımları təbrik etdik

Yazar Ismayilli
//
01 aprel 2015
//
//
Oxunub 1075
//
Mədəniyyət sahəsində çalışan qadınların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Mədəniyyət İşçiləri İsmayıllı Rayon Həmkarlar Komitəsinin sədri Lətif Quliyev bütün qadınları bayram münasibəti ilə təbrik edib. Son illər ölkəmizdə və rayonda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışıb, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirib.
Daha sonra Uşaq İncəsənət məktəbinin müəllimi Ceyran Ağayeva çıxış edərək qadınları bayram günü münasibəti ilə təbrik edib. Azərbaycan qadınlarının kişilərlə çiyin-çiyinə ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışaraq, Ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətdəki roluna yüksək qiymət verdiyini, onlara daimi diqqətlə yanaşdığını vurğulayıb. Tədbirdə iştirak edən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Ələddin Ələkbərov, rayon Gənlər və İdman İdarəsinin rəisi Taleh Salehov da bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, qadınlara təkcə bayram günü yox, hər zaman diqqət göstərilməsinin vacib olduğunu vurğulayıblar. Çıxışlarında respublikamızda və eləcə də İsmayıllı rayonunda qadınların yaşayış və əmək fəaliyyəti üçün yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını çatdırıblar. Tədbir Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının hazırladığı geniş konsert proqramı ilə davam edib.
Şamo Nuğayev,
Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!