• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Adət və ənənələrimiz yaşadılır

Adət və ənənələrimiz yaşadılır

Yazar Ismayilli
//
01 aprel 2015
//
//
Oxunub 877
//
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu oyatmaq üçün hazırlayır.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu oyatmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Bütün bu çərşənbələrin keçirilməsi gələcək nəsillərin tariximizi, mədəniyyətimizi, milli adət-ənənələrimizi bilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çərşənbələr İsmayıllıda böyük coşqu ilə qeyd edildi. Rayon sakinləri mərkəzi meydanda böyük tonqalın ətrafına toplaşmışdılar.
Bayram şənliyinə qatılan kosa və keçəl isə həmişəki kimi, insanları əyləndirdi, şən, məzəli səhnəciklər göstərildi, rayonun incəsənət ustalarının ifa etdikləri mərasim nəğmələri və xalq mahnıları tədbirlərə xüsusi təravət gətirdi.
Çinarə Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!