• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Amerika musiqiçiləri İsmayıllıda

Amerika musiqiçiləri İsmayıllıda

Yazar Ismayilli
//
01 aprel 2015
//
//
Oxunub 838
//
Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, Hindu qrupunun rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər həyata keçirilib.
Amerika mədəniyyəti günləri çərçivəsində “Break of Reality” qrupu İsmayıllı Gənclər Mərkəzində konsert proqramı ilə çıxış edib. “Break of Reality” qrupunun müşayiəti ilə İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” ansamblının üzvü Rövşən Teyyubov sözləri Rəsul Rzanın, musiqisi Tofiq Quliyevin olan “Sənə də qalmaz” mahnısını ifa edib. Geniş ictimaiyyətin iştirak etdiyi konsert bir-birindən maraqlı məqamlarla yadda qalıb.
Konsert proqramı başa çatdıqdan sonra tamaşaçılar arasında Amerika ilə bağlı bilgilər üzrə viktorina keçirilib. Qaliblərə üzərində Azərbaycan-Amerika dostluq əlaqələri təsvir olunmuş hədiyyələr verilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!