İsmayıllı sürətlə inkişaf edir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İsmayıllı sürətlə inkişaf edir

İsmayıllı sürətlə inkişaf edir

Ötən ilin uğurla başa çatdığı, cari ilin daha məsul vəzifələrinin yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər edildiyi İsmayıllı rayonu bu gün inkişafının yeni mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan layihələrin icrası bölgədə sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişafı təmin edib.
Bu fikir fevralın 18-də İsmayıllıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib. Qeyd edək ki, yığıncaqdan öncə iştirakçılar və qonaqlar tədbirin keçirildiyi Mədəniyyət Sarayının foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin sərgisi ilə tanış olublar. Habelə yığıncaq başlanmazdan əvvəl Prezident İlham Əliyevin 22 sentyabr 2014-cü ildə İsmayıllıya səfərinə, rayonun sosial-iqtisadi inkişafına həsr olunan videoçarx nümayiş etdirilib.

İsmayıllı sürətlə inkişaf edir


Ötən il sentyabrın 22-də Prezident İlham Əliyevin rayona səfəri, yenidən qurulan Heydər Əliyev adına Mədəniyyət Sarayının, Rayon Mərkəzi Xəstəxanasının, YAP rayon təşkilatı üçün yeni inzibati binanın, 140 yerlik uşaq bağçasının, Uşaq Əyləncə və İstirahət Parkının açılışında iştirakının, səfərdən bir gün sonra sentyabrın 23-də “İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”kı Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsaitin ayrılmasının insanların fəallığına, qurub-yaratmaq əzminin daha da yüksəlməsinə səbəb olduğu vurğulanıb.
Hesabat dövrü ərzində rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Hesabat ilində ümumilikdə 19 min 465 kvadratmetr yaşayış evi tikilib istifadəyə verilib ki, bu da inişilkindən 55 faiz çoxdur. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli, M.F.Axundov küçəsində iki doqquzmərtəbəli yaşayış evlərinin tikintisinə başlanılıb. Prospekt və küçələrdə əsaslı yenidənqurma işləri aparılıb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai binaların dam örtüyü dəyişdirilib və fasadı müasir memarlıq üslubunda təmir edilib. S.Ə.Şirvani küçəsi ilə Məhsəti küçəsi arasındakı parkın tikintisi davam etdirilib.
Rayonda istehsal sahələrinin tikintisi istiqamətində də xeyli işlər görülüb və görülməkdədir. Belə ki, velosiped zavodunun inşası davam etdirilib, keçmiş yağ-pendir zavodunun ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması və satışı məqsədilə “Yaşıl market”in tikintisinə başlanıb. Keyvəndi kəndində iş adamı tərəfindən 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi davam etdirilib, “Şən fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton quş əti olan hind toyuğu fabrikinin inşasına başlanıb.
Hesabat yığıncağında aqrar sektorun aparıcı sahələri olan taxılçılığın, heyvandarlığın, habelə üzümçülüyün, bağçılığın, arıçılığın inkişafı istiqamətlərində ardıcıl tədbirlərin görüldüyü bildirilib. Vurğulanıb ki, prezident İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması bu sahədə mövcud ehtiyatlardan maksimum səmərəli istifadəni, daha yüksək nəticələr üçün bütün qüvvələrin səfərbər edilməsini tələb edir.
Yaşayış məntəqələrinin su təchizatı ilə əlaqədar hesabat ilində 8 kənddə subartezian quyusu qazılıb, Lahıc, Basqal və bir sıra digər istiqamətlərdə yolların asfaltlaşdırılması, ümumən rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.

İsmayıllı sürətlə inkişaf edir


Məruzə və çıxışlarda təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafı ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr də ətraflı təhlil olunub.
Hesabat yığıncağında Prezident Administrasiyası Regional və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatları Novruzəli Aslanov və Ərəstun Cavadov çıxış ediblər.
Sonda prezident İlham Əliyevə müraciət qəbul olunub.
“İsmayıllı xəbərləri”
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter