• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Növbəti açıq dərs keçirildi

Növbəti açıq dərs keçirildi

Yazar Ismayilli
//
10 mart 2015
//
//
Oxunub 1518
//
12 fevral 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə növbəti açıq dərs keçirildi. Dərsdə Kürdeldarbəyli, Mollaisaqlı, Hacıhətəmli kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak edirdilər. Şagirdlər əvvəlcə ekspozisiya zallarında sənədlər və fotolarla tanış oldular. Açıq dərsdə İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov iştirak etdilər.
Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev bütün ömrünü xalqına həsr etmiş ulu öndərin həyatı və siyasi fəaliyyəti, barədə ətraflı məlumat verdi. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacağını diqqətə çatdırdı. Sonda Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən film nümayiş etdirildi.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!