• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kənd sakinləri ilə görüş

Kənd sakinləri ilə görüş

Yazar Ismayilli
//
18 fevral 2015
//
//
Oxunub 978
//
Bu günlərdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Aşıqbayramlı kənd icra nümayəndəliyini əhatə edən Aşıqbayramlı, Hapıtlı, Qarakolluq, Talış kəndlərinin əhalisi ilə görüşü keçirildi. Görüşü giriş sözü ilə RİH başçısının Aşıqbayramlı kənd İƏD-i üzrə nümayəndəsi Nazim Həmidov açdı. O, nümayəndəliyə daxil olan kəndlərdə həlli vacib olan bir sıra sosial problemləri diqqətə çatdırdı.
Tədbirdə çıxış edən RİH başçısı M.Sadıqov bildirdi ki, kəndlərdə hələ də həlli vacib olan bir sıra problemlərin mövcud olduğunu bilirik. Bu kəndlərin hər birində içməli suya böyük tələbat var. Bunu nəzərə alaraq 2015-ci ildə artezian quyularının vurulmasını planlaşdırmışıq. Kənddəki tam orta məktəbin ikinci mərtəbəsi əsaslı təmir olunacaq.
Kənd sakinlərinin məşğuliyyəti məsələsinə toxunan başçı bildirdi ki, əhali torpaqlardan təyinatı üzrə, səmərəli istifadə etməlidir. Həyətyanı sahələrdə bostan-tərəvəz yetişdirilməli, meyvə bağlarının məhsuldarlığına diqqət yetirilməlidir. Taxılçılıq sahələri genişləndirilməlidir.
Kəndarası yolların təmirə ehtiyacı olduğundan söz açan icra başçısı ərazidə yaşayan və ya bu kəndlərdən olan imkanlı şəxsləri də bu məsələdə diqqətli olmağa səslədi.
Tədbirin sonunda kənd sakinlərindən Tofiq İbrahimov, Gülşən Babayeva, Vəfa Ağayeva və bu sətirlərin müəllifi də İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı vətəndaşlara, xüsusilə gənclərə göstərilən qayğıdan, yeni iş yerlərinin açılmasından razılıq etdilər, görülən və görülməsi nəzərdə tutulan işlərə görə ölkə Prezidentinə, eləcə də RİH başçısına minnətdarlıq etdilər.
Məzahir Şükürov,
Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!