• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Görüş-qəbullar

Görüş-qəbullar

Yazar Ismayilli
//
18 fevral 2015
//
//
Oxunub 1207
//
10 fevral 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qoşakənd kəndində görüş-qəbul keçirib. İcra başçısı rayonda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıb. İcra başçısı kənddə əhalinin məşğulluğunun artırılmasının, sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş-qəbullar


Kənd sakini Ziyəddin Mövlamov kənd yolunun təmir edilməsini, Firidun Dəmirov kənddə içməli su probleminin həll edilməsini xahiş edib.
Digər kənd sakinləri ümumi və şəxsi problemlər barədə məlumat veriblər.
Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti idarə rəhbərlərinə tapşırıqlar verilib.
***

İcra başçısının növbəti görüş-qəbulu Təzəkənd kəndində olub. RİH başçısı Mirdaməd Sadıqov kənd sakinlərinin işəqadir tərkibinin faydalı əməyə cəlb edilməsindən, gənclərin savadlı yetişdirilməsinin vacibliyindən danışıb.
Kənd sakini Adıgözəl Əkbərov rayonda son illərdə görülən işlərdən razılıq edib, İsmayıllıya göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.
Görüş-qəbullar


Müraciətlərin əksəriyyəti torpaq sahəsinin verilməsi ilə bağlı olub. Aygün Hümbətova xalçaçılığı bacardığını və bu sahədə işlə təmin edilməsini xahiş edib.
Bütün problemlər qeydə alınıb, İcra Hakimiyyətinin başçısı tərəfindən kənd sakinlərinin qayğı və problemlərinin həlli ilə əlaqədar göstərişlər verilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!