• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qəhrəmanlıq yolu gənc nəslə nümunədir

Qəhrəmanlıq yolu gənc nəslə nümunədir

Yazar Ismayilli
//
18 fevral 2015
//
//
Oxunub 1162
//
Qəhrəmanlıq yolu gənc nəslə nümunədir
Fevralın ayının 7-də İsmayıllı rayonunda Mübariz İbrahimovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
İsmayıllı gəncləri Mübariz İbrahimovun doğum günündə səhər saatlarından rayonun mərkəzi meydanında toplaşmağa başlayıblar. Rayonun fəal gəncləri əllərində Milli qəhrəmanımızın şəkilləri, dövlət bayrağımız və qırmızı qərənfillər qəhrəmanlıq şüarları altında yürüşə başlayıblar. Yürüş iştirakçıları rayonun Şəhidlər xiyabanına gələrək xatirə lövhəsi önünə tər güllər düzüblər. Gİİ-nin rəisi Taleh Salehov çıxış edərək Mübariz İbrahimovun gələcək nəsillərə nümunə olan qəhrəmanlığından danışıb.

Qəhrəmanlıq yolu gənc nəslə nümunədir
Milli Qəhrəmanın doğum günü ilə bağlı anım mərasimi rayon Uşaq Kitabxanasında davam etdirilib. Tədbir iştirakçıları igidliyi, cəsarəti və qorxmazlığı ilə düşmən qəlbinə xof salan Mübariz İbrahimovun qəhrəmanlığını əks etdirən sərgiyə baxıblar. Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəblilər onun şücaətini tərənnüm edən şeirlər söyləyiblər. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin aparat işçiləri, təhsil, mədəniyyət və gənclər təşkilatının nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mübariz İbrahimovun qəhrəmanlığından, vətənə olan məhəbbətindən söz açılıb, onun döyüş yolundan bəhs edən film nümayiş etdirilib.
Gülnarə Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!