Paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması

15 yanvar 2015-ci il tarixdə İsmayıllı Mədəniyyət Sarayının konfrans zalında
“Qəbələ və İsmayıllı rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması” layihəsi ilə əlaqədar tədbir keçirilib.
Təbiri giriş sözü ilə RİH başçısının müavini Mahmud Süleymanov açıb.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov layihənin İsmayıllı üçün önəmini vurğulayıb.

Paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması




“Azərenerji” ASC-nin investisiyalar və strateji inkişaf idarəsinin rəis müavini Fariz Məmmədov layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi əsasında, “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun reallaşdırılacaq layihə İsmayıllı və Qəbələ rayonlarının əhalisinin dayanıqlı elektrik enerjisi ilə təchizatının təminatında mühüm rol oynayacaqdır. Layihə çərçivəsində ümumi uzunluğu 2 min kilometrdən çox olan 0.4 kilovatlıq xətlər, 1200 kilometrdən çox olan 10 kilovatlıq xətlər və 50 kilometrdən çox olan 35 kilovatlıq xətlərin yenidən qurulması nəzərdə tutulub.
“Azərenerji” ASC-nin investisiyalar və strateji inkişaf idarəsinin şöbə rəisi Hüseyn Əhmədov bildirib ki, bütövlükdə layihə çərçivəsində nəzərdə tutulan işlərin həyata keçirilməsi İsmayıllı və Qəbələ rayonlarında bütün yaşayış məntəqələrinin, sənaye obyektlərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin edilməsi imkanı yaradacaqdır.
Asiya İnkişaf Bankının ekologiya və sosial məsələlər üzrə mütəxəssisi Alan Seuel tədbirdə iştirak edib.
Tədbir maraqlı müzakirələr şəklində davam edib.
“İsmayıllı xəbərləri”
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter