• Ana səhifə |
Subscribe by RSS or RUS
» » "Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsi çərçivəsində görüş

"Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsi çərçivəsində görüş

Yazar Ismayilli
//
28 yanvar 2015
//
//
Oxunub 1211
//
"Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsi çərçivəsində görüş
22 yanvar 2015-ci il tarixdə "Təhlükəsiz və Möhkəm İcmaların qurulması" layihəsinin qiymətləndirilməsi ilə əlaqədar Avstriya Qızıl Xaç Cəmiyyətinin Cənubi Qafqaz üzrə nümayəndəsi, Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin koordinatoru Mixail Qrabner, layihənin qiymətləndirmə üzrə nümayəndəsi Robert Ruts İsmayıllı rayonunda olublar.
İlk öncə AzQAC İsmayıllı rayon bölməsinin əməkdaşları və könüllülərin iştirakı ilə görüş keçirilib. Sonra nümayəndələr İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovla görüşüblər. Görüş zamanı "Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsinin Azərbaycan üzrə koordinatoru Elşən Səlimzadə diqqətə çatdırıb ki, Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2012-ci ilin dekabr ayından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin yerinə yetirilməsinə başlayıb.
İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərovla da görüşən nümayəndələr, daha sonra Diyallı və Tircan kəndlərində olublar. AzQAC İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov layihə çərçivəsində görülən işlər barədə məlumat verib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!