• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Haqq yolunun yolçusu, xalqının birinci xidmətçisi

Haqq yolunun yolçusu, xalqının birinci xidmətçisi

Yazar Ismayilli
//
28 yanvar 2015
//
//
Oxunub 1693
//
Bu günümüz, gələcəyimiz barədə söz demək istədikdə yaxın keçmişə nəzər salmağı vacib bilirəm. Bu vaciblik ondan yaranır ki, xilaskarımızın, millətimizi şana-şöhrətə çatdıranımızın, beynəlxalq miqyasda bizi tanıdanımızın-ulu öndərimiz Heydər Əliyevin müqəddəs ruhu qarşısında borcumuzun cüzi hissəsindən çıxmış olaq. Ümummilli liderin birinci hakimiyyəti zamanında siyasi fəaliyyətə rayon komsomol komitəsinin katibi kimi başlamışam. Təşkilatın ləğvinə qədər orada çalışmışam. Mötəbər tədbirlərdə dəfələrlə ulu öndərlə görüşmüşəm, ondan həyat dərsi almışam.
Çox təəssüf ki, sonradan hakimiyyətə gələnlər Heydər Əliyev yolunu davam etdirə bilmədilər. Meydanları, küçələri vəzifə kürsüləri ilə əvəz edənlər daha dözülməz şərait yaratdılar, özlərindən əvvəl olan yaxşı nə varsa onları inkar etdilər. Bəxtimiz onda gətirdi ki, ümummilli liderimiz Heydər Əliyev xalqının təşkidli xahişinə, yaşamaq arzusuna, ölkəni xilas etmək üçün rəhbərliyə gəlmək istəyinə müsbət cavab verdi. Ümummilli liderimiz haqqın dərgahına müqəddəslər məqamına yetmək ərəfəsində də xilaskarlıq missiyasını yerinə yetirdi. Milli taleyimizi, Respublikamızın idarə olunmasını özü qədər inandığı cənab İlham Əliyevə etibar etdi. Möhtərəm Prezident çox ölkələrin maraqlarının üz-üzə gəldiyi Azərbaycan məkanında xalqımıza əmin-amanlıq, rahat və zəngin həyat yaşadır. Hər bir bölgəyə işgüzar, hərəkətverici səfərləri ilə uzun illərə hesablanmış sosial-iqtisadi inkişafın təməlini, insanlara sabaha və gələcəyə mütləq inam, yüksək rifah, ideya mətinliyi, siyasi sabitlik gətirir.
Mən özümü xoşbəxt Azərbaycan qadınlarının sıx sıralarının ön yerlərində görürəm. Çünki haqqı, ədaləti, siyasi iradəni, diplomatik ustadlığı, mədəni, mənəvi həyatı, incəsənəti, sənayeni idarə etmək bacarığını, ən ümdəsi isə səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi, milli-mənəvi dəyərlərimizi özündə cəmləşdirən möhtərəm Prezidentimiz İlham Əliyevin İsmayıllıya səfərləri zamanı onu qarşılayanlar sırasında olmuşam. 14 avqust 2013-cü il tarixdə Prezidentimiz İsmayıllı şəhərində içməli suyun açılışını etdi. Onda böyük ruh yüksəkliyi, böyük sevinc var idi. Onlardan hamımıza artıqlaması ilə ray çatırdı. Fəxr edirdik ki, bu günümüz, gələcəyimiz, bütün nəsillərimizin sabahkı həyatı üçün şərəf bilirdik ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmış, lider dövlətə çevirmiş Prezidentimizlə görüşürük, onun hər kəlməsindən gələcək fəaliyyətimiz üçün yeni istiqamət alırıq. Bir daha özümü xoşbəxt sandım ki, ata Əliyevin çıxış, nitq və məruzələrini bilavasitə özündən eşitmişəm, bu gün də oğul Əliyevin xalqımıza layiq dəyərdə olan nitqini, məsləhət və tövsiyələrini, tapşırıqlarını dərin məsuliyyətlə qəbul edirəm. Möhtərəm Prezidentimiz İlham Əliyev açılış mərasimindəki çıxışında dedi:-“Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır”.
Görülən işlərə belə yüksək qiymət verilməsi məni qəlbən sevindirdi, cavabdeh olduğum sahədə işlərin daha yaxşı getməsi üçün məsuliyyətimi qat-qat artırdı. Çünki dövlət siyasətinə, ümummilli liderin müəyyən etdiyi inkişaf yoluna sədaqət göstərən , ölkə başçısının Sərəncam, tapşırıq və tövsiyələrini məsuliyyətlə həyata keçirən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ictimai-siyasi və humanitar məsələlər üzrə müaviniyəm, ulu öndərin siyasətinin davamında iştirak edirəm.


Haqq yolunun yolçusu, xalqının  birinci xidmətçisi



Milli taleyimizin məsuliyyətini öz üzərinə götürən və onu ləyaqətlə daşıyan Prezidentimiz İsmayıllıda görülən işlərdən razılığını bildirdi və səfər başa çatdıqdan sonra tikinti-abadlıq, quruculuq işlərinin davamı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün ehtiyat fondundan vəsait ayırdı. Göytəpə-Qalınçaq-Ruşan yolunun yararlı olmadığı barədə rəhbərimiz səfəri zamanı dəqiq məlumat almışdı. Bu əsasda da həmin istiqamətlərə növbəti səfərədək asfalt yollar çəkildi. İnsanlar ölkəmizi zəfərlərə aparan möhtərəm İlham Əliyevə minnətdar olaraq yeni yollardan rahatlıqla istifadə edirlər.
Bu məqamda xüsusi diqqətə gətiriləsi bir məsələ üzərində dayanmaq istərdim. 1981-ci ilin noyabr ayının son günündə zəlzələ olmuşdu. Ümummilli liderimiz Heydər Əliyev ismayıllıların dərdinə şərik olmaq, zəlzələnin onlara vurduğu ziyanı aradan qaldırmaq, dar gündə öz soydaşları ilə bir yerdə olmaq üçün həmin il dekabr ayının 5-də İsmayıllıya səfər etmiş, ilk olaraq Ruşan kəndinə getmişdi. 1981-ci ilin yazında Qərbi Azərbaycandan köç edənlərin böyük bir qrupu burada məskunlaşmışdı. Ulu öndərin tapşırığı oldu ki, onlar üçün yeni qəsəbə salınsın. Bir il müddətində tapşırıq uğurla yerinə yetirildi. Möhtərəm Prezidentimiz İlham Əliyev isə həmin qəsəbəyə asfalt yol çəkdirdi. Rəhbər qayğısından bu cür xoşbəxtliyini tapan vətəndaş, təbiidir ki, heç bir lazımsız istiqamətə yönəlməz, müxalifət adlı antiazərbaycançılara meyl etməz . İsmayıllıda hamı yekdilliklə dövlətə xidmətdədir, Prezidentimizin mövqeyindədir, Vətənimizin bütövlüyü uğrunda səfərbərdir, bölgənin sosial-iqtisadi inkişaf yolunda əzmlə irəliləməkdədir.
Etimad göstərdiyi, etibar etdiyi rayon rəhbərinin fəaliyyətindən razı qalan Prezidentimiz bir ilin tamamından sonra -22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya hamımızın sevincini coşduran yeni səfər etdi, keçən il verdiyi tapşırıqların icrası ilə, həyata keçirilən yeni layihələrlə tanış oldu. YAP rayon təşkilatı üçün tikilmiş binanın, əsaslı təmir və tam yenidənqurmadan sonra mədəniyyət sarayının, yenidən qurulmuş, müasir diaqnostika və müalicə aparatları ilə təchiz olunmuş mərkəzi xəstəxananın açılış mərasimində iştirak etdi. Məktəbəqədər tərbiyənin ən yeni tələblərinə uyğun tikilmiş 120 yerlik uşaq bağçasının qırmızı lentini kəsdi. Milli memarlıq üslubunda və yeni dizaynda tərtib olunmuş Heydər Əliyev prospektinə, nümunəvi fəaliyyət şəraiti yaradılmış rayon icra hakimiyyətinin binasına, uşaq-əyləncə parkına baxdı. Nə vardısa, yaxşı tikilmişdi, zövqlə inşa olunmuşdu, uca şəxsiyyətin baxışlarına layiq idi.
Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Mən də insana şərəf gətirən, sevinc bəxş edən bu görüşün iştirakçısı idim. Mən hələ də bu sevinci yaşamaqdayam, möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələrini var-qüvvəmlə yerinə yetirməkdəyəm.
Ölkə rəhbərini dinlədikcə dəfələrlə yəqin etdim ki, İsmayıllı onun xüsusi diqqətindədir. Onu daha abad, daha qüdrətli, daha sürətli inkişafda görmək istəyir.
- “Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam.”
Gələcək yüksəlişə təminat verən bu fikirlər bir daha sübut edir ki, həqiqətən, İsmayıllı cənab Prezidentin gündəlik diqqətindədir. Sevinirəm ki, rayon icra hakimiyyətinin rəhbərliyi bu diqqətə layiq işləyir.
Cənab Prezidentin səfəri başa çatdıqdan sonra rayon icra hakimiyyəti onun tapşırıq və tövsiyələrinin kompleks icrası ilə bağlı tədbirlər planı, həmin planın icra mexanizmini hazırlamış yerli və respublika miqyaslı icraçılarını müəyyənləşdirmiş, fəallar yığıncağında bu proqramın təqdimatını keçirmiş və işə başlamışdır. Böyük ümidlə, dərin inam hissi ilə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev növbəti səfəri zamanı tamamilə yeni bir İsmayıllı görəcəkdir. O gün çox yaxındadır.
Sevil Əhmədova,
İsmayıllı RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!