• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İstehlakçı hüquqları qorunmalıdır

İstehlakçı hüquqları qorunmalıdır

Yazar Ismayilli
//
13 iyul 2012
//
//
Oxunub 4526
//
İyun ayının 29-da İsmayıllıda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Azərbaycan dövləti İstehlakçı hüquqlarının təminatçısıdır mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov açmış, iştirakçıları salamladıqdan sonra gündəlikdəki əsas məsələ ətrafında məruzə üçün sözü İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyevə vermişdir.İstehlakçı hüquqları qorunmalıdırNatiq qeyd etmişdir ki, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüququ bazanın əsasını ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 19 sentyabr 1995-ci il tarixdə qəbul edilmiş İstehlakçıların hüquqlarının müdafiə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir. Məruzəçi istehlakçıların hansı hüquqlara malik olmasına, istehsalçının və satıcının malın keyfiyyətinə zəmənət verməli olmalarına, malın zəmənət müddəti məsələlərinə aydınlıq gətirmiş, həmçinin satıcının mal haqqında istehlakçıya dolgun və düzgün məlumat verilməsi, istehlakçının qüsurlu malı hansı hallarda dəyişmək hüququna malik olmasını xatırlatmışdır.İstehlakçı hüquqları qorunmalıdırKonfrans iştirakçılarına paylanan yaddaş bukletlərində söylənənlər barəsində geniş məlumat olduğunu bildirən natiq onların diqqətlə oxunub öyrənilməsini və təbliğ olunmasını tövsiyə etmişdir.
İstehlakçıların hüquqlarının qorunması mövzusu ilə RİH başçısının birinci müavini R.Əhmədov çıxış etmiş, rayondakı istehsal sahələrinin işi və istehlakçılara göstərilən xidmət barəsində məlumat vermiş, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmışdır. O, yeni istehsal, xüsusilə də turizm sahəsində əldə olunmuş nailiyyətlərə, buradakı yenilik və nöqsanlara diqqət yetirmiş, vətəndaşların sağlamlıq və mənafelərinin dövlət tərəfindən həmişə qorunduğunu söyləmişdir.
Konfransın təşkilatçı rəsmiləri Hər bir istehlakçı öz hüquqlarını bilməlidir, Ərzaq məhsullarını alarkən nələrə diqqət etməli?, İstehlakçıların hüquqları qorunmalıdır və bu kimi mövzularda çıxışlar etdilər.
Sonda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini V.Quliyev konfrans iştirakçılarından Abdullətif Maqsudovun, Aslan Aslanovun və Xanlar Qəmbərovun ümumi maraq kəsb edən suallarını cavablandırdı.
Çıxışlarda ərazidə istehlakçı hüquqlarının qorunması üçün aidiyyatı qurumun daimi fəaliyyətinin zəruriliyi qeyd olundu.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!