• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Həmrəylik hissləri aşılanır

Həmrəylik hissləri aşılanır

Yazar Ismayilli
//
20 yanvar 2015
//
//
Oxunub 1057
//
Dekabrın 29-da İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə məktəblilərin ümumrayon tədbiri keçirilib.
Ümumtəhsil məktəblərimizin ibtidai sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş bu tədbirdə şagirdlər, dünyanı yenicə dərk etməyə çalışdıqları bir vaxtda müəllimlərinin, valideynlərinin həmrəylik hisslərini onlara necə aşıladıqlarını, ümumiyyətlə, həmrəylik məfhumunu anladıqları şəkildə tədbir iştirakçılarına çatdırmağa çalışıblar.

Həmrəylik hissləri aşılanır

Tədbirdə həmrəylikdən söz açan aparıcılar - Fərid və Sevda həmrəylik gününün yaranma tarixini və onun əhəmiyyəti barədə danışıb və bu əlamətdar günün keçirilməsində insanları həmrəy olmağa səsləməyin əsas məqsəd olduğunu qeyd ediblər.
Tədbirdə rayonun 9 məktəbi - şəhər 1, 2, 3, 5, 6, 7 nömrəli tam orta və Talıstan, Sumağallı, Təzəkənd kənd tam orta məktəblərinin ibtidai sinif şagirdləri iştirak ediblər.
Tədbirdə iştirak edən RİH nümayəndəsi Murad Məhərrəmov çıxışında həmrəyliklə bağlı vacib məlumatları uşaqların diqqətinə çatdırıb, onları bayram münasibəti ilə təbrik edib. Sonda Şaxta baba uşaqları təbrik edib və onlara bayram hədiyyələri paylayıb.
Şəhla Ramazanqızı

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!