• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İrimiqyaslı layihələr - uzunmüddətli inkişaf

İrimiqyaslı layihələr - uzunmüddətli inkişaf

Yazar Ismayilli
//
05 yanvar 2015
//
//
Oxunub 4447
//
24 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Mədəniyyət Sarayında “Səni tərənnüm edirəm mənim vətənim, İlhamla irəli!” devizi altında tədbir keçirilib.
Sarayın qarşısındakı meydanda İsmayıllı Uşaq İncəsənət Məktəbinin ritm qrupunun müşayəti ilə rayon cüdoçularının göstərdikləri nömrələr maraqla izlənilib.
Sarayın foyesində İsmayıllıya şöhrət gətirən sənətkarlıq nümunələri – müxtəlif çeşnili xalçalar, həvəskar rəssamların əl işləri sərgilənib.
Tədbirə dəvət alan İsmayıllı ziyalıları Sarayın əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.

İrimiqyaslı layihələr - uzunmüddətli inkişaf

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin son illərdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizlə yanaşı, ümumən bölgənin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirir. Azərbaycanın hər il artan dövlət büdcəsi hərtərəfli inkişafın əyani sübutudur. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Sevindirici haldır ki, bu tərəqqinin davamlı olacağını hər yerdə, hamı tam reallıq kimi qəbul edir.
Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəsul Səfərov çıxışında dövlətimizin artan gücündən, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində gündən-günə yeniləşən İsmayıllının inkişafından söz açıb.
Şəhər 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının, İsmayıllı Uşaq İncəsənət Məktəbi və İvanovka kənd tam orta məktəbi şagirdlərindən ibarət rəqs qruplarının göstərdiyi nömrələr, məktəblilərin söylədiyi şeirlər maraqla qarşılanıb.

İrimiqyaslı layihələr - uzunmüddətli inkişaf
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Rövşən Teyyubov, Kamilə Nəbiyeva, Sevil İsmayılqızının ifasında gözəl mahnılar səslənib.
“Tərəqqi” medallı müğənni Sahibə Abdullayevanın ifası zamanı əllərində Azərbaycan bayrağı olan məktəblilər zala daxil olublar. Təntənəli tədbir alqışlarla başa çatıb
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!