• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uşaqlar üçün yeni il şənliyi

Uşaqlar üçün yeni il şənliyi

Yazar Ismayilli
//
05 yanvar 2015
//
//
Oxunub 5414
//
Dekabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “FİNCA” Bankın İsmayıllı şöbəsinin maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev adına Mərkəzi Meydanda tədbir keçirib.

Uşaqlar üçün yeni il şənliyi

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “FİNCA” Bankın İsmayıllı filialının rəhbəri Novruz Varəngi çıxış edərək qayğıya ehtiyacı olan uşaqları bayramlar münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Şəhər 1 və 2 saylı uşaq bağçalarının, rayon İncəsənət məktəbinin şagirdləri rəqs nömrələri ilə çıxış ediblər.
Sonda uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
Gülnarə Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!