• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Nazir vətəndaşları qəbul edib

Nazir vətəndaşları qəbul edib

Yazar Ismayilli
//
05 yanvar 2015
//
//
Oxunub 1324
//
Nazir vətəndaşları qəbul edib

Nazir vətəndaşları qəbul edib

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov İsmayıllı rayonunda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ və Abşeron rayonlarından olan bir qrup sakini qəbul edib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 40 nəfər vətəndaşın müraciətinə baxılıb.
Qəbulda əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, subartezian quyularının vurulması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciətlər olunub.
Bir çox müraciətlər yerində həllini tapıb. Araşdırılma tələb edən bəzi məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!