• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sahibkarlar üçün treninq

Sahibkarlar üçün treninq

Yazar Ismayilli
//
31 dekabr 2014
//
//
Oxunub 1330
//
Sahibkarlar üçün treninq

“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planına və Bakı Biznes Tədris Mərkəzinin 2014-cü ilin II yarımilliyi üzrə iş planına uyğun olaraq 9 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında İsmayıllı rayonunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün maarifləndirici treninq keçirilib.

Sahibkarlar üçün treninq

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini və bu sahədə dövlət dəstəyinin gücləndirildiyini bildirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxışında ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, İsmayıllıda yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.
Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Sənayedə brendləşmə”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çinarə Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!