• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Vergi ödəyicilərinin nəzərinə!

Vergi ödəyicilərinin nəzərinə!

Yazar vusal
//
25 fevral 2012
//
//
Oxunub 2234
//
Bildiririk ki, aşağıdakı bəyannamə, hesabat formaları və onların tətbiq edilməsi qaydaları yeni redaksiyada təsdiq olunmuşdur:
* Mənfəət vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası;
* Mənfəət vergisinin bəyannaməsinə əlavə 1 və onun tərtib edilməsi qaydası (Bəyannamənin təqdim edilmə müddəti 2012-ci ilin mart ayının 31-dən gec olmayaraq);
* Gəlir vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası;
* Gəlir vergisinin bəyannaməsinə əlavə 1 və onun tərtib edilməsi qaydası (Bəyannamənin təqdim edilmə müddəti 2012-ci ilin mart ayının 31-dən gec olmayaraq);
* Sadələşdirilmiş verginin bəyannaməsinə 1 saylı əlavə (fiziki şəxslər üçün) və onun tərtib edilməsi qaydası;
* Sadələşdirilmiş verginin bəyannaməsinə 1 saylı əlavə (hüquqii şəxslər üçün) və onun tərtib edilməsi qaydası;
* Sadələşdirilmiş verginin bəyannaməsinə 2 saylı əlavənin yeni forması və onun tərtib edilməsi qaydası (Bəyannamənin təqdim edilmə müddəti 2012-ci ilin yanvar ayının 20-dən gec olmayaraq);

Bəyannamələrin təsdiq edilən formalarda və onların tərtib edilməsi qaydalarında redaktə xarakterli əlavə və dəyişikliklər edilməklə yanaşı, sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi və ya əksinə olduğu halda yaranan kənarlaşmalar nəzərə alınmaqla müvafiq bəyannamələrin əlavələri biri digərinə uyğunlaşdırılmış və Sadələşdirilmiş verginin bəyannaməsinə 1 saylı əlavə fiziki və hüquqi şəxslər üzrə ayrı-ayrılıqda təsdiq edilmişdir. Hesabat dövründə alınan, yararsız hala düşmüş və ya ləğv olunmuş və hesabat dövrünün sonuna qalıqda qalan qəbzlər üzrə məlumatları özündə əks etdirən yeni Sadələşdirilmiş verginin bəyannaməsinə 2 saylı əlavə forması da təsdiq edilmişdir.
Nəzərinizə çatdırırıq ki, yeni formada təsdiq edilmiş bəyannamələr və onların əlavələri vergi orqanları tərəfindən 01 yanvar 2012-ci il tarixdən qəbul olunmağa başlanmışdır.
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannaməsini təqdim etməli olan sadələşdirilmiş və gəlir vergisinin ödəyiciləri bəyannaməni 2012-ci ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim etməlidirlər.
Əmlak və yol vergisinin ödəyiciləri bəyannamələrini 2012-ci ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim etməlidirlər.
Əlavə maəlumat üçün: Qəbələ rayonu üzrə 02420-5-05-68, İsmayıllı rayonu üzrə 02028-5-11-14, Oğuz rayonu üzrə 02421-5-21-10 nömrəli telefonlarla müraciət edə bilərsiniz.
10 saylı Ərazi Vergilər İdarəsi

Şərh əlavə et:
Комментарии к новости (5)

Şərh eəlavə et

------------ -----------
Free counters!