• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qayğı artdıqca problem azalır

Qayğı artdıqca problem azalır

Yazar Ismayilli
//
01 dekabr 2014
//
//
Oxunub 1359
//

Qayğı artdıqca problem azalır

Qayğı artdıqca problem azalır

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov noyabr ayının 17-də Göytəpə kəndində sakinlərlə görüşüb.
İcra başçısı çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, regionların sürətlə inkişaf etməsindən söz açıb. İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Çıxış edən kənd sakinləri bildirib ki, kənddə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə yeni artezian quyusu qazılıb, elektrik dirəkləri yenilənib, qaz xətti çəkilib.
Göytəpə kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı təşkil olunan görüş-qəbulda kənddə tibb məntəqəsinin tikilməsinə və suötürücü qurğularının tənzimlənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Görüş-qəbulda rayon ərazisində baş verən müsbət dəyişikliklərdən söz açılıb, kənd sakinlərinin qayğıları və problemləri dinlənilib. Problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün müvafiq müəssisə, idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
İsmayıllı xəbərləri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!